Qarabağ müharibəsi barədə film çəkilib

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidАзербайджанские военнослужащие, фото из архива
Азербайджанские военнослужащие, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, Şəmistan Əlizamanlının layihə rəhbəri olduğu sənədli filmin məsləhətçisi və ssenari müəllifi Rey Kərimoğlu, rejissoru Roman Yaşar, redaktoru Rəşad Sahildir.

BAKI, 19 yanvar — Sputnik. "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə "Müharibə əlillərinin tanıdılması ilə bağlı təbliğat kampaniyasının təşkili" layihəsi çərçivəsində "Üç qazi, üç tale" sənədli filmi çəkilib.

Sputnik Azərbaycan xəbər verir ki, film Qarabağ döyüşlərində ağır yaralanaraq 1-ci qrup Qarabağ əlili olmuş üç şəxsin keçdikləri ömür yolundan bəhs edir. Çəkilişlər Bakı və Gəncə şəhərlərində aparılıb.

Filmdə qazilərin şərəfli döyüş yolundan, ağır yaralanmalarına baxmayaraq həyat eşqlərinin böyük olmasından söz açılır.

Xatırladaq ki, Şəmistan Əlizamanlının layihə rəhbəri olduğu sənədli filmin məsləhətçisi və ssenari müəllifi Rey Kərimoğlu, rejissoru Roman Yaşar, redaktoru Rəşad Sahildir.

Xəbər lenti
0