20:26 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0531
XƏBƏRLƏR
Qısa URL
26 0 0

Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə 5000 (beş min) manat cərimə cəzası tətbiq edilib.

 

BAKI, 18 yanvar — Sputnik. Milli Televiziya və Radio Şurası ötən il "Azərbaycan Televiziya və Radio Verilişləri" (MTRŞ) QSC-ni (AzTV) 5000 manat məbləğində cərimələyib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında əksini tapıb.

Hesabatda qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC (AzTV kanalı) barəsində 08 may 2020-ci il tarixdə inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilib.

Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə 5000 (beş min) manat cərimə cəzası tətbiq edilib.

Əsas mövzular