13:56 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0531
XƏBƏRLƏR
Qısa URL
15 0 0

Ərazidə külək səngisə də yanğın davam edir. Gecə saatlarında olan vəziyyətlə müqayisədə yanğın qismən azalıb.

BAKI, 15 yanvar — Sputnik. "Dünən gecə saatlarında başlayan yanğın Hirkan Milli Parkının İranla sərhəd olan ərazisi yaxınlığında baş verib. Küləyin güclü olması və relyefin mürəkkəb olmasına əraziyə yanğınsöndürənlərin cəlb edilməsi çətin olub. Bu səbəbdən də əl əməyindən istifadə edilib".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev danışıb.

O qeyd edib ki, Hirkan Milli Parkının əməkdaşları ilə yanaşı, ərazidə olan Meşə idarəsinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli bölməsi və kənd sakinləri yardım ediblər. Səhər saat 8.30 radələrində kömək məqsədilə bir qrup yenidən yanğın yerinə göndərilib.

Ərazidə külək səngisə də yanğın davam edir. Gecə saatlarında olan vəziyyətlə müqayisədə yanğın qismən azalıb.

Bir qədər əvvəl Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin güclənməsi səbəbindən bir qədər də çətinləşib. Yanğının söndürülməsi və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyindən (FHN) əlavə qüvvələr cəlb olunub.

Hazırda Cənub Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları mürəkkəb relyef şəraitində (yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur) yanğınsöndürmə işlərini həyata keçirirlər.

Bu gün səhər saatlarından etibarən FHN-nin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya təyyarəsi yanğının söndürülməsinə cəlb olunub.

 

Əsas mövzular