22:43 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
XƏBƏRLƏR
Qısa URL
38 0 0

Mingəçevirdəki bu xiyabanda abadlıq işləri görülür. Onun yanvarın 20-dək yekunlaşması planlaşdırılıb.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda isə Vətən olar! Canını, qanını bu vətənə qurban verənlər isə ən yüksək zirvəyə - şəhidliyə yüksəlir. 44 günlük Vətən müharibəsində yüzlərlə mingəçevirli döyüşlərə qatılaraq qələbədə pay sahibi oldular. Onlardan 50 nəfəri isə ağır döyüşlərdə şəhid olub. Qəhrəman oğulların dəfn edildiyi xiyaban indi mingəçevirlilərin tez-tez ziyarət etdiyi müqəddəs məkandır.

Sputnik Azərbaycan xəbər verir ki, Mingəçevir sakinlərindən Birinci Qarabağ müharibəsində 205 nəfər şəhid olub, 123 nəfər itkin düşüb. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların sayı isə 50 nəfərdir. Şəhərin 20 Yanvar küçəsində yerləşən Şəhidlər xiyabanında bir neçə gündür abadlıq işlərinə start verilib.

© Sputnik / Rahim Mammadov
Mingəçevirdə 378 şəhidin uyuduğu xiyaban

Sputnik Azərbaycan-ın bölgə müxbir ilə söhbətində Mingəçevir şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin sahə rəisi Cavanşir Əhmədov həyata keçirilən işlər barədə məlumat verib:

“Bir neçə gündür ki, Mingəçevir Şəhidlər xiyabanında abadlıq işlərinə başlanılıb. Əsasən Vətən müharibəsində şəhid olanların məzarları hazırlanır, ətrafı abadlaşdırılır. Həmçinin Şəhidlər xiyabanının giriş qapısı, burada olan bulaq kompleksi təmir edilir. Xiyabana döşənən üzlük daşlar dəyişdirilir. Hasarı rənglənir. İşlər sürətlə gedir, tez bir zamanda başa çatması planlaşdırılır”, - deyə o bildirib.
  • Mingəçevirdə 378 şəhidin uyuduğu xiyaban
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə 378 şəhidin uyuduğu xiyaban
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə 378 şəhidin uyuduğu xiyaban
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə 378 şəhidin uyuduğu xiyaban
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə 378 şəhidin uyuduğu xiyaban
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə 378 şəhidin uyuduğu xiyaban
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə 378 şəhidin uyuduğu xiyaban
    © Sputnik / Rahim Mammadov
1 / 7
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə 378 şəhidin uyuduğu xiyaban

Gün boyu Mingəçevir Şəhidlər xiyabanında böyük insan izdihamı müşahidə olunur. Kimisi övladını, kimisi dostunu, kimisi də döyüş yoldaşını bu müqəddəs məkanda ziyarət etməyə gəlir. Qeyd edək ki, Mingəçevir Şəhidlər xiyabanında abadlıq işlərinin 20 Yanvar - Ümumxalq Hüzn Gününə qədər yekunlaşması planlaşdırılıb.

 

Əsas mövzular