17:16 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
38 0 0

Görünüşünə, ətrinə aldandığımız isti çörəklərin heç də hamısını vicdanlı adamlar ərsəyə gətirmirlər.

 

BAKI, 14 yanvar — Sputnik. Balakəndəki bir sexdə çörəyi tualetlə mətbəxin bir arada olduğu otaqda bişirirmişlər.  

Sputnik Azərbaycan bildirir ki, bu barədə AQTA-nın yaydığı məlumatda deyilir.

Bildirilir ki, rayonun Qullar kəndində yerləşən fiziki şəxs Bəhramov Vilayət Əsəd oğluna məxsus çörək istehsalı müəssisəsinə AQTA əməkdaşları baxış keçiriblər. Çörək istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, eləcə də sanitariya-gigiyena norma və qaydalarının kobud şəkildə pozulması faktı aşkar edilib.

İlkin baxış zamanı işçi heyətin xüsusi geyim formasından istifadə etmədən çalışdığı, müəssisədəki sanitar qovşağın birbaşa istehsal sahəsinə çıxışı olduğu müəyyən olunub. Yoxlama zamanı istifadə olunan xammal və köməkçi materialların istehsal sahəsində, unun isə birbaşa divara bitişik, normativ texniki sənədlərin tələblərinə zidd olaraq saxlanıldığı, hazır məhsulun (çörəyin) yığıldığı rəflərin sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş olduğu, emal prosesində istifadə olunan qabların təmizlənmədən antisanitar şəkildə istifadə edildiyi aşkarlanıb. Aşkar edilən nöqsanlarla bağlı çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb və qanunvericiliyə müvafiq olaraq digər tədbirlər həyata keçirilib. 

Əsas mövzular