15:41 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
XƏBƏRLƏR
Qısa URL
2710

İranın bəzi elektron KİV-i ICESCO-nun baş direktorunun Azərbaycan səfərini diqqətdə saxlayaraq xəbər dərc edib

BAKI, 14 yanvar — Sputnik. ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycana səfəri çərçivəsində işğaldan azad edilmiş rayonlarda tarixi və mədəniyyət abidələrinin vəziyyəti ilə tanış olub.

Sputnik Azərbaycan xəbər verir ki, İranın bəzi elektron KİV-i ICESCO-nun baş direktorunun Azərbaycan səfərini diqqətdə saxlayaraq xəbər dərc edib. İQNA və Qafqaz.ir saytlarında dərc olunan xəbərlərdə deyilir ki, Səlim bin Məhəmməd əl-Maliki erməni işğalından azad edilmiş Ağdam rayonunda XIX əsrin abidəsi olan Ağdam məscidinin vəziyyəti ilə maraqlanıb və dağıdılmış rayon muzeyinə baxıb.

Azərbaycan rəsmiləri ilə işğaldan azad olunan rayonlardakı tarix və mədəniyyət abidələrinin dağıntılarına baxdıqdan sonra ICESCO-nun baş direktoru ermənilərin hərəkətini qeyri-insani əməl və faciə adlandırıb.

Teqlər:
erməni vandalizmi, məscid, Ağdam, baş direktor, İSESCO, Qarabağ, Azərbaycan, İran

Əsas mövzular