Pakistan, Türkiyə və Azərbaycan XİN başçıları sərhədlərlə bağlı qərar verdilər

© Photo : Twitter / Shah Mahmood QureshiPakistan, Türkiyə və Azərbaycan XİN başçılarının İkinci Üçtərəfli Görüşü
Pakistan, Türkiyə və Azərbaycan XİN başçılarının İkinci Üçtərəfli Görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Tərəflər dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörməti bir daha bəyan ediblər.

BAKI, 13 yanvar — Sputnik. İslamabadda Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin İkinci Üçtərəfli Görüşü keçirilib.

Sputnik Azərbaycan XİN-dəki mənbələrə istinadla xəbər verir ki, Üçtərəfli Görüş zamanı dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin mövcud inkişafından məmnunluq ifadə olunub.

Tərəflər dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörməti bir daha bəyan ediblər.

Xəbər lenti
0