Mübariz Mənsimovun bugünkü məhkəməsi yekunlaşıb - "Palmali" nəticələri açıqladı

© Photo : Facebook / MubarizMensimov"Palmali Holding"in rəhbəri Mübariz Mənsimov
Palmali Holdingin rəhbəri Mübariz Mənsimov  - Sputnik Azərbaycan
Abunə olmaq
Mübariz Mənsimov: "Mən dövlətin iradəsinə zidd heç bir şey etmədim. Tam əksinə, bütün şirkətlərimi bağlayıb, Türkiyəyə daşıdım. Mənim burda 10 ay qalmağım şirkətimi iflas durumuna gətirdi".

BAKI, 13 yanvar — Sputnik. "Palmalı" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun məhkəməsi mart ayının 5-ə təxirə salınıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Palmalı" şirkətlər qrupunun rəsmisi Fidan Quliyeva bildirib. 

Onun sözlərinə görə, Mübariz Mənsimov məhkəmədə FETÖ-çü olmadığını deyib:

"Məni həbs etmək, terror şəbəkəsinin çörəyinə yağ sürtməkdir. Mən heç bir zaman FETÖ-çü olmadım, deyiləm və ola da bilmərəm! Sərbəst buraxılmağımı istəyirəm! Mən dövlətin iradəsinə zidd heç bir şey etmədim. Tam əksinə, bütün şirkətlərimi bağlayıb, Türkiyəyə daşıdım. Mənim burda 10 ay qalmağım şirkətimi iflas durumuna gətirdi. O gəmilərdə qalan gəmiçilərin nə günahı var? Onlar maaş ala bilmir, ailələri pis vəziyətdə. Orda olanlar azərbaycanlı və türklərdir. "Palmali"-nin iflasa uğraması Türk markasının yox olması deməkdir. Mənim şirkətim dünyada 5 -ci sırada gedən şirkətlərdən biri idi. Bu, bir Türk markası idi. Mən bir an öncə işimin başına keçməliyəm cənab Hakim! Mənə kimsə FETÖ damğası vura bilməz. Mənim onlara necə nifrət ediyimi hamı bilirdi. Mən o köpəklərə heç bir zaman xidmət etmədim, etmərəm də! Elədirsə, bu günə qədər məktəb, xəstəxanaları hansısa vəqfə və ya bu təşkilata hədiyyə edərdim. Mən bütün hamısını inşa etdirdim və dövlətə təslim etdim".

Məlumata görə, İstanbul Baş Prokurorluğunun qərarı ilə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ötən ilin mart ayında həbs edilib və onun yaşadığı evlərdə axtarış aparılıb. Türkiyə mətbuatının xəbərinə görə, onu Fətullah Gülənlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.

Xəbər lenti
0