CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gizli fəaliyyət göstərən "playstation" oyun zalı aşkar edilib

© AFP 2023 / DANIEL LEAL-OLIVASЛюди соревнуются на игровых приставках, фото из архива
Люди соревнуются на игровых приставках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə), digər 21 nəfər barəsində qanunvericiliyə uyğun müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub.

BAKI, 11 yanvar — Sputnik. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun F.X.Xoyski küçəsində epidemiya əleyhinə və karantin rejim qaydalarına əməl etməyən "Alfa - playstation" oyun zalı aşkar edilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, "Alfa Playstation club"a baxış zamanı orada 21 nəfərin olduğu müəyyən edilib. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən obyektin sahibi Vüqar Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə), digər 21 nəfər barəsində qanunvericiliyə uyğun müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub.

Xəbər lenti
0