CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ali məktəblərdə imtahanların keçirilməsi qaydası açıqlanıb

© Sputnik / Rahim MuradovPandemiya zamanı imtahan
Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan
Abunə olmaq
İmtahan sessiyası distant formada olmaqla 4 həftə müddətində keçiriləcək. İmtahanın təşkilində nöqsanlara yol verən şəxslər barədə müvafiq qaydada tədbirlər görüləcək.

BAKI, 11 yanvar — Sputnik. Bu gündən başlayaraq ali və orta ixtisas təhsil müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində imtahan qərargahları yaradılıb. İmtahan sessiyası distant formada olmaqla 4 həftə müddətində keçiriləcək. İmtahanın təşkilində nöqsanlara yol verən şəxslər barədə müvafiq qaydada tədbirlər görüləcək. Sessiya bitdikdən sonra nəticələr barədə 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat təqdim ediləcək.

Xəbər lenti
0