Polis Paşinyanın Moskvaya getməsi üçün yolları açır

© Sputnik / Mediabanka keçidСотрудники правоохранительных органов перекрывают дорогу к "Звартноц", фото из архива
Сотрудники правоохранительных органов перекрывают дорогу к Звартноц, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb.

BAKI, 11 yanvar — Sputnik. Ermənistan Polisi Yerevanın "Zvartnots" hava limanına gedə yolu bağlayıb. Bununla da polis Moskvaya Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevlə üçtərəfli görüşə gedən Ermənistan Baş naziri Nikol Paşinyanın avtomobili üçün keçid təşkil etməyə çalışır. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Qeyd edək ki, bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0