20:50 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
10 0 0

"Mən siyasətdən getməyə və hakimiyyətin sükanını tamamilə yerə qoymağa dair qərar qəbul etdim. Hesab edirəm ki, mənim missiyam yerinə yetirilib"

 

BAKI, 11 yanvar — Sputnik. Gürcüstanın hakim Gürcü Arzusu – Demokratik Gürcüstan partiyasının sədri və təsisçisi, milyarder Bidzina İvanaşvili siyasətdən getmək barədə qərar qəbul edib. Sputnik Gürcüstan xəbər verir ki, İvanaşvili məsələ ilə bağlı açıq məktub dərc edib.

"Mən siyasətdən getməyə və hakimiyyətin sükanını tamamilə yerə qoymağa dair qərar qəbul etdim. Hesab edirəm ki, mənim missiyam yerinə yetirilib", - deyə İvanaşvili qeyd edib.

Qeyd edək ki, milyarder İvanişvili 2012-2013-cü illərdə Gürcüstanın baş naziri olub. O, 2013-cü ildə siyasətdən getsə də, 2018-ci ildə yenidən siyasətə qoşulub və həmin ilin mayından hakim partiyaya rəhbərlik edib.

Əsas mövzular