18:41 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
13 0 0

gentliyin sözçüsü Mais Ağayevin sözlərinə görə, yeni avtobuslar indiyə kimi sərnişinlərin narazı olduğu marşrut xətlərində istifadə ediləcək.

BAKI, 11 yanvar — Sputnik. Türkiyənin İzmir şəhərində istehsal edilən daha 320 ədəd avtobus bu il ərzində Azərbaycana göndəriləcək.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ötən il ərzində sifariş verilən avtobusların gətirilməsi prosesi hələ davam etsə də artıq yeni avtobusların da sifarişi verilib. Agentliyin sözçüsü Mais Ağayevin sözlərinə görə, yeni avtobuslar indiyə kimi sərnişinlərin narazı olduğu marşrut xətlərində istifadə ediləcək. Məqsəd bu il ərazində sərnişin daşımada olan problemləri həll etməkdir. Yeni avtobuslar kart sistemi ilə işləyəcək. Bu isə o deməkdir ki, yaxın günlərdə paytaxtda hərəkət edən daha bir neçə marşurut xəttindəki avtobuslardan nəğd pul vasitəsi ilə istifadə etmək mümkün olmayacaq. Üstəlik bu avtobusların təxmini olaraq hansı istiqamət üzrə hərəkət edəcəyi də bəllidir.

Qeyd edək ki, ilin sonuna kimi "Bakı kart"ın balansının onlayn artırılması sisteminin də istifadəyə verilməsi nəzərdə tutulur.

Əsas mövzular