Müdafiə naziri hərbi qulluqçular üçün yaradılan şəraitlə maraqlanıb, vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.
BAKI, 9 yanvar - Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Azərbaycan Ordusunun azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrinin təminatını və döyüş hazırlığının səviyyəsini yoxlayıb.
Azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrimizin təminatı və döyüş hazırlığı səviyyəsi yoxlanılıb
Azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrimizin təminatı və döyüş hazırlığı səviyyəsi yoxlanılıb
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, nazir hərbi qulluqçular üçün yaradılan şəraitlə maraqlanıb, vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib. Sonda nazirliyin rəhbərliyi hərbi qulluqçularla birgə nahar edib və çay süfrəsi arxasında onları maraqlandıran mövzularla bağlı söhbətlər aparıb.
Hazırda orta hesabla 6 saatı yola sərf etdiyimizi nəzərə alsaq, aylıq olaraq bu rəqəmin azı 120 saat olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən şəxslər təkcə son 5 ayda 600 saatını yola sərf edib.
Sağlamlıq və inkişaflarına olan riskdən başqa, qızların 18 yaşdan tez nikaha daxil olmaları onları həm də fiziki, cinsi və psixoloji zorakılıq qurbanına çevirə bilər.
Rusiya XİN: Biz Azərbaycan və Ermənistan ziyalıları arasında birbaşa dialoqun qurulmasını, həmçinin iki ölkənin birgə humanitar tədbirlərinin keçirilməsini hər şəkildə alqışlayırıq.