14:49 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
19 0 0

"Hələlik mənə çatacaq pulun hamısını almamışam. Amma bu filmdən və obraza görə mənə çatacaq bütün qonorarımı Mehmetcik Vəqfi və Sebilürreşada bağışlayacam", - deyə Yavuz Bingöl bildirib.

BAKI, 9 yanvar — Sputnik. "İstiqlal Marşı"nın müəllifi, böyük vətənsevər şair Mehmet Akif Ersoyun həyatını əks etdirən "Akif" adlı bədii filmdə baş rolu ifa edən, müğənni və aktyor Yavuz Bingöl təqdirəlayiq addım adıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mehmet Akif Ersoyun obrazını canlandıran aktyor filmdən əldə etdiyi bütün vəsaiti Mehmetcik Vəqfinə bağışlayacağını deyib.

"Hələlik mənə çatacaq pulun hamısını almamışam. Amma bu filmdən və obraza görə mənə çatacaq bütün qonorarımı Mehmetcik Vəqfi və Sebilürreşada bağışlayacam", - deyə Yavuz Bingöl bildirib.

Əsas mövzular