07:47 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
XƏBƏRLƏR
Qısa URL
11 0 0

İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun canlanması, sosial xidmət müəssisələrinin bərpası istiqamətində də planları var.

 

BAKI, 8 yanvar — Sputnik. "2021-ci ildə daha iki "DOST" Mərkəzinin açılışı planlaşdırılır". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, yeni mərkəzlər Binəqədi və Abşeron rayonunda olacaq: "Quba və Bərdə rayonlarda "DOST" mərkəzlərin açılması üzrə işlərə başlanılacaq. 2025-ci ilə qədər 31 "DOST" Mərkəzi istifadəyə verilməklə, bütün respublikanı əhatə edəcəyik".

"İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun canlanması, sosial xidmət müəssisələrinin bərpası istiqamətində də planlarımız var. Qarabağda "DOST" mərkəzləri, sosial reabilitasiya müəssisələrinin açılması planlaşdırılır", - deyə o əlavə edib.

Əsas mövzular