Prokurorluq illik hesabatını açıqladı -180 cinayət işi tamamlanıb

© AFP 2023 / DOMINIQUE FAGETТюрьма, фото из архива
Тюрьма, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edilib ki, hesabat dövründə korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılmaqla 49 milyon 153 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, həmçinin 13 milyon 283 min manat dəyərində əmlak üzərinə həbs qoyulub.

BAKI, 8 yanvar — Sputnik. "Hesabat dövründə korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmasına yol vermiş 281 şəxs barəsində 180 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində Baş prokuror Kamran Əliyev bildirib.

O qeyd edib ki, hesabat dövründə korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılmaqla 49 milyon 153 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, həmçinin 13 milyon 283 min manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Xəbər lenti
0