CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Dövlətqaçqınkom" 4700-ə yaxın mənzili nazirliyin balansına verdi

Abunə olmaq
"Söhbət Bakı, Sumqayıt, Abşeron, Samux, Lənkəran ərazisində yerləşən 4700-ə yaxın mənzilli qəsəbələrdən və çoxmərtəbəli yaşayış binalarından gedir".

 

BAKI, 8 yanvar — Sputnik. "Ölkə başçısının qərarına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə 2020-ci ildə məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələr və çoxmərtəbəli yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

F.Hüseynov qeyd edib ki, söhbət Bakı, Sumqayıt, Abşeron, Samux, Lənkəran ərazisində yerləşən 4700-ə yaxın mənzilli qəsəbələrdən və çoxmərtəbəli yaşayış binalarından gedir.

Qurum rəsmisinin sözlərinə görə, yaşayış kompleksləri bütün zəruri sosial infrastruktur obyektləri ilə təchiz olunub və mənzillərin paylanma mexanizmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə daxildir.

Xəbər lenti
0