Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Polis Akademiyası"nın ulduzu vəfat edib

© AFP 2023 / Kevin Winter / Getty ImagesAktrisa Merion Remsi (mərkəzdə), arxiv şəkli
Aktrisa Merion Remsi (mərkəzdə), arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Remsi 1984-1989-cu illərdə yayımlanan "Polis Akademiyası" franşizasındakı rolundan sonra şöhrət qazanıb. Lakin bundan əvvəl də - 1970-ci illərdə, Brodveydə musiqili filmlərdə oynamaqla, həmçinin televiziya layihələrində çəkilməklə uğurlu karyera qurub.

 

BAKI, 8 yanvar — Sputnik. "Polis Akademiyası" franşizasının ulduzu Merion Remsi Los-Ancelesdə vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, filmdə utancaq kursant Lavern Hoks rolunu canlandıran aktrisa tamaşaçıların yaddaşında incə səsi ilə qalıb.

73 yaşlı aktrisanın ölüm səbəbi hələ müəyyənləşdirilməyib, lakin son vaxtlar xəstə olduğu məlumdur.

Remsi 1984-1989-cu illərdə yayımlanan "Polis Akademiyası" franşizasındakı rolundan sonra şöhrət qazanıb. Lakin bundan əvvəl də - 1970-ci illərdə, Brodveydə musiqili filmlərdə oynamaqla, həmçinin televiziya layihələrində çəkilməklə uğurlu karyera qurub.

"Polis Akademiyası"ndan sonra aktrisa televiziya karyerasına davam edib, "Beverli Hills, 90210" və "Gizli Agent Makqayver" seriallarında çəkilib, həmçinin "Addams Ailəsi" cizgi filmində "Di Holler"i səsləndirib.

Xəbər lenti
0