CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Marketlərdə alıcılara necə torbalar təklif ediləcək?

© © Kimberly White/Getty Images/AFPМужчина с пакетом в руке, фото из архива
Мужчина с пакетом в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ətraf mühiti qorumaq üçün hamının bu qaydalara əməl etməsi vacibdir. Əlbəttə, bu keçid prosesi həm istehlakçılar, həm də istehsalçılar və market sahibləri üçün bir qədər çətin olacaq.

BAKI, 8 yanvar — Sputnik. "Ümid edirik ki, bütün marketlərdə tezliklə bioparçalanan materiallardan hazırlanmış torbalar alıcılara təklif olunacaq. Biz hamımız birlikdə bunu etməliyik. Dünyadan təcrid ola bilmərik. Ona görə də bütün tərəflər - istehlakçılar da, istehsalçılar və market sahibləri də bu məsələni anlayışla qarşılamalıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, iri marketlər şəbəkəsinin satış və marketinq üzrə mütəxəssislərinin iştirakı ilə keçirilən onlayn görüşdə Nazirliyin mətbuat katibi İradə İbrahimova qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinin qadağan edilməsi və birdəfəlik plastik qabların istifadəsinin qadağan olunması ilə bağlı çağırış edərkən bildirib.

Onun sözlərinə görə, ətraf mühiti qorumaq üçün hamının bu qaydalara əməl etməsi vacibdir. Əlbəttə, bu keçid prosesi həm istehlakçılar, həm də istehsalçılar və market sahibləri üçün bir qədər çətin olacaq: "Amma qalınlığı 15 mikrona qədər olan polietilen torbalardan, eləcə də birdəfəlik plastik qabların istifadəsindən imtina günümüzün reallığıdır, planetimizin xilasıdır, deyə bilərik. Özümüzü, ətraf mühiti düşünək, sağlamlığımız xatirinə, təbiətimiz naminə birdəfəlik plastiklərdən, el arasında "pinqvin" adlandırılan sellofanlardan, qalınlığı 15 mikrona qədər olan polietilen torbalardan, eləcə də birdəfəlik plastik qablardan imtina etməyə və bunlarsız həyat tərzimizi qurmağa vərdiş etməyə başlayaq".

Xəbər lenti
0