18:56 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
8 0 0

O, ABŞ Konqresi tərəfindən Co Baydenin prezident seçilməsinin təsdiqlənməsini Vaşinqtondakı qarşıdurmalara "ən yaxşı demokratik cavab" adlandırıb.

BAKI, 7 yanvar — Sputnik. Almaniya Xarici İşlər naziri Hayko Maas Vaşinqtonda qarşıdurmalara görə məsuliyyəti ABŞ Prezidenti Donald Trampın daşıdığını bildirib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Almaniya XİN rəhbəri "Spiegel" nəşrində dərc olunan məqaləsində bildirib.

"İllərlə öz sözləri ilə (nifrəti) alovlandıran və daimi öz tərəfdarlarını daim qızışdıran Tramp kimi hər kəs ABŞ demokratiyasının ürəyinə olan bu hücuma görə məsuliyyət daşıyır", - deyə Maas qeyd edib.

"Radikal yanaşmanı ABŞ-da əksəriyyət bölüşmür. ABŞ seçicilərinin böyük əksəriyyəti demokratiyaya əmindir, onlar sağ populistin əleyhinə səs verdilər. Bunu nəhayət ki, Donald Tramp qəbul etməlidir. Minimum məsuliyyətə malik istənilən respublikaçı artıq indi Trampla tamamilə razılaşmamalıdır", - deyə alman nazir qeyd edib.

O, ABŞ Konqresi tərəfindən Co Baydenin prezident seçilməsinin təsdiqlənməsini Vaşinqtondakı qarşıdurmalara "ən yaxşı demokratik cavab" adlandırıb.

Qeyd edək ki, ötən gün Kapitoli binasında ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq ediblər. Hadisə zamanı bir neçə nəfər də gözündən xəsarət alıb.

Toqquşmalarla əlaqədar ABŞ Senatı iclasını yarımçıq dayandırıb. Daha sonra Nümayəndələr Palatası iclasını yarımçıq kəsib. Hər iki palatanın üzvləri binadan təxliyə ediliblər. Etirazçılar isə binadan çıxarılıblar. Toqquşmalarla əlaqədar 20 etirazçı saxlanılıb.

ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən qarışıqlıqlar zamanı 4 nəfər həlak olub.

Kapitolidə baş vermiş atışma zamanı azı 5 nəfər xəsarət alıb.

Teqlər:
Almaniyanın Xarici İşlər Nazirliyi, Almaniya, ABŞ prezidenti Donald Tramp, Donald Tramp, Donald Trump, Ağ Ev, ABŞ

Əsas mövzular