13:18 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
2110

İndiyədək ölkədə ümumilikdə 222885 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 203527 nəfər müalicə olunaraq sağalıb, 2845 nəfər vəfat edib.

BAKI, 7 yanvar — Sputnik. Azərbaycanda son sutkada koronavirus infeksiyasına 685 yeni yoluxma faktı qeydə alınıb, 1931 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 27 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 222885 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 203527 nəfər müalicə olunaraq sağalıb, 2845 nəfər vəfat edib.

Hazırda 16513 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9915, bu günə qədər isə ümumilikdə 2241908 test icra olunub.

Teqlər:
Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular