16:15 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
XƏBƏRLƏR
Qısa URL
18 0 0

2021-ci ildə iqtisadiyyatın çətinliklərlə qarşılaşacağına ən çox inanan ölkələr isə Böyük Britaniya, Avstriya, İtaliya, Bosniya və Herseqovina və Bolqarıstan olub.

BAKI, 6 yanvar — Sputnik. "Gallup International" assosiasiyası tərəfindən aparılan sorğu və tədqiqatlar nəticəsində məlum olub ki, Azərbaycan əhalisinin 63%-i 2021-ci ilin iqtisadi firavanlıq ili olacağına inanır. Bu göstərici İqtisadi Nikbinlik İndeksi (Economic Optimism Index) kimi ifadə olunur.

Sputnik Azərbaycan-ın "Gallup International"ın hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycan bu göstərici ilə ikinci yerdədir. İlk yerdə isə 72%-lə Nigeriya qərarlaşıb. Üçüncü pillədə 59%-lə Vyetnam, dördüncü yerdə Qırğızıstan (58%), beşinci yerdə isə Hindistan (56%) gəlir.

2021-ci ildə iqtisadiyyatın çətinliklərlə qarşılaşacağına ən çox inanan ölkələr isə Böyük Britaniya, Avstriya, İtaliya, Bosniya və Herseqovina və Bolqarıstan olub. Sözügedən ölkələrdə əhalinin müvafiq olaraq 71%-i, 70%-i, 67%-i, 66%-i və 64%-i 2021-ci ilin iqtisadiyyat üçün çətinliklərlə bol olacağına inanır.

Əsas mövzular