CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bərdədə ginekoloqa cinayət işi açıldı

© AFP 2023 / DIMITAR DILKOFFБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tahirə Allahverdiyeva Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilib və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

BAKI, 6 yanvar — Sputnik. 19 may 2020-ci il tarixdə Bərdə Doğum Evində Mustafayeva Rufanə Elçin qızının bətnində olan dölün ölü doğulması faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Sputnik Azərbaycan Bərdə rayon prokurorluğunun məlumatına istinadla xəbər verir ki, istintaqla Bərdə doğum evinin həkim mama-ginekoloqu Allahverdiyeva Tahirə Ənvər qızının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Qeysəriyyə kəsiyi əməliyyatı üzrə" Klinik protokoluna əsasən üzərinə düşən xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməyib. Hamilə qadın kimi qeydiyyata götürdüyü Bərdə rayonu, Qaradırnaq kənd sakini Rufanə Mustafayevanın hamiləliyini təxirəsalınmaz qaydada operativ yolla yekunlaşdırmaması nəticəsində Rufanə Mustafayeva ölü uşaq dünyaya gətirib. Beləcə, həkim mama-ginekoloqun Rufanə Mustafayevanın ağır nəticələrə səbəb olan səhlənkarlıq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlara əsasən Tahirə Allahverdiyeva Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilmiş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bərdə rayon Məhkəməsinə göndərilib.

Xəbər lenti
0