15:39 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
XƏBƏRLƏR
Qısa URL
12 0 0

Ümumiyyətlə, ilk dəfə, metropoliten mart ayının son 3 günü ərzində səhər saat 7-dən 9-a, axşam isə 5-dən 8-ə qədər olmaqla, yalnız 5 saat xidmət göstərib.

BAKI, 6 yanvar — Sputnik. "Bakı Metropoliteni" QSC 2020-ci ildə plan üzrə 228 milyon sərnişinə xidmət göstərməli idi. Amma insanların sağlamlığı, təhlükəsizliyi naminə görülən tədbirlər siyahısına metroda sərnişindaşıma prosesinin dayandırılması da daxil edilib. İl ərzində yeraltı nəqliyyatla 74709237 sərnişin daşınıb. Bu nəzərdə tutulandan 153290763 nəfər və yaxud 67,2% azdır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, il ərzində Bakı metrosunda sərnişindaşıma fəaliyyəti bir neçə dəfə dayandırılıb. Ümumiyyətlə, ilk dəfə, metropoliten mart ayının son 3 günü ərzində səhər saat 7-dən 9-a, axşam isə 5-dən 8-ə qədər olmaqla, yalnız 5 saat xidmət göstərib. Martın 31-i saat 22:00-dan etibarən sərnişindaşıma fəaliyyəti ilk dəfə uzun müddətə dayandırılan metropoliten mayın 9-u yenidən stansiyalarının qapılarını sərnişinlərinin üzünə açıb. İyun ayının 4-dən isə həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyib.

Nazirlər Kabinetinin 3 iyul 2020-ci il tarixli 236 nömrəli "Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Qərarına uyğun olaraq, 4 iyul saat 00:00-dan sərnişindaşıma fəaliyyəti ikinci dəfə dayandırılıb. Bu dəfə metropoliten sentyabr ayının 14-də sərnişinlərinə qovuşub. Növbəti dəfə qəbul edilmiş qərarla yeraltı nəqliyyat oktyabrın 19-dan COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə əsas vəzifəsini yerinə yetirməmək qadağası ilə üzləşib. Beləliklə, 2020-ci il ərzində metropoliten 202 gün, ümumiyyətlə, sərnişin daşımayıb. Sərnişin daşınan 164 günün 3-də isə cəmi 5 saat daşıma xidməti göstərib.

Əsas mövzular