13:05 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
19 0 0

Qars valiliyi və Sarıqamış yerli idarəetmə orqanının dəstəyi ilə Cıbıltepe Xizək Mərkəzi ərazisində hazırlanan nəhəng qar heykəlləri şəhidlərin xatirəsinə olan sonsuz minnətdarlıq nümunəsidir.

 

BAKI, 6 yanvar — Sputnik. Türkiyədə yanvarın 8-9-da Sarıqamış Hərəkatının 106 illiyi münasibətilə anım tədbirləri keçiriləcək.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçiriləcək tədbirlər çərçivəsində hazırlanan ən anlamlı əsər Qafqaz Universitetinin müəllimi Muhammet Hanifi Zenginin təşəbbüsü ilə hazırlanıb. Sarıqamışda donaraq şəhid olan mehmetciklərin xatirəsinə qardan heykəllər hazırlanıb. Qars valiliyi və Sarıqamış yerli idarəetmə orqanının dəstəyi ilə Cıbıltepe Xizək Mərkəzi ərazisində hazırlanan nəhəng qar heykəlləri şəhidlərin xatirəsinə olan sonsuz minnətdarlıq nümunəsidir.

Heykəllərin hazırlanmasında 200 maşın qardan istifadə edilib. Belə ki, bölgədə qar gec yağdığına görə ərazidə istənilən qədər qar və buz tapmaq mümkün olmayıb. Məhz bu səbəbdən 10 gün ərzində 200 yük maşını qar əraziyə daşınıb.

Mənfi 20 dərəcədə qar və su ilə hazırlanan şəhid heykəllərinin açılışı yanvarın 9-da baş tutacaq.

Əsas mövzular