CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda ana həbsdə olan oğluna narkotik aparıb

© AFP 2023 / DOMINIQUE FAGETТюрьма, фото из архива
Тюрьма, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Paşayeva Ofelya tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan plastmas xama qabının içərisində gizlədilmiş ümumi çəkisi 3,411 qram olan narkotik maddə - marixuana və ümumi çəkisi 4,217 qram olan narkotik maddə - heroin aşkar edilib.

BAKI, 5 yanvar — Sputnik. Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Xidmətdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 66.3-cü maddələrinə əsasən təqsirli bilinərək barəsində 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan məhkum Cavadov Miryusif Sabir oğlu ilə qısamüddətli görüşə gəlmiş anası, Bakı şəhər sakini Paşayeva Ofelya Paşa qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan plastmas xama qabının içərisində gizlədilmiş ümumi çəkisi 3,411 qram olan narkotik maddə - marixuana və ümumi çəkisi 4,217 qram olan narkotik maddə - heroin aşkar edilib.

© Photo : Penitentiary Service of the Ministry of Justice of the Republic of AzerbaijanOfelya Paşayevadan götürülmüş narkotik maddə
Bakıda ana həbsdə olan oğluna narkotik aparıb - Sputnik Azərbaycan
Ofelya Paşayevadan götürülmüş narkotik maddə

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0