08:25 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
XƏBƏRLƏR
Qısa URL
22 0 0

Bundan əvvəl 65 yaşlı aktrisanın itləri ilə gəzintiyə çıxarkən yıxıldığı və ağır travma aldığı barədə məlumat yayılmışdı. Bildirilirdi ki, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və aktrisa vəfat edib.

BAKI, 5 yanvar — Sputnik. "A View to a Kill" filmində agent "Ceyms Bond"un sevgilisi rolunu oynayan amerikalı aktrisa və model Tanya Robertsin yaxınları onun ölümünü təkzib edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bundan əvvəl 65 yaşlı aktrisanın itləri ilə gəzintiyə çıxarkən yıxıldığı və ağır travma aldığı barədə məlumat yayılmışdı. Bildirilirdi ki, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və aktrisa vəfat edib.

Bir müddət sonra məlum olub ki, kino ulduzu ağır vəziyyətdə olsa da, yaşayır.

Tanya Roberts 1980-ci illərin əvvəllərində seks simvollardan biri sayılırdı.

O, həmçinin "The Beastmaster", "Sheena", "Almost Pregnant" kimi filmlərdə də rol alıb.

Əsas mövzular