CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəstəkar Nailə Mirməmmədli oğlu və həyat yoldaşının məzarı yanında dəfn edilib

© Photo : REPORTBəstəkar Nailə Mirməmmədli
Bəstəkar Nailə Mirməmmədli - Sputnik Azərbaycan
Abunə olmaq
Vida mərasimindən sonra o, Qurd qapısı qəbiristanlığında həyat yoldaşı Hikmət Mirməmmədli və dənizdə boğularaq ölən oğlunun yanında torpağa tapşırılıb.

BAKI, 4 yanvar - Sputnik. Azərbaycanın Əməkdar incəsənət xadimi, Bakı Dövlət Universitetinin Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru, bəstəkar Nailə Mirməmmədli son mənzilə yola salınıb.

Sputnik Azərbaycan xəbər verir ki, mərhumla vida mərasimində onun yaxınları, sənət dostları və tələbələri iştirak edib.

Vida mərasimindən sonra o, Qurd qapısı qəbiristanlığında həyat yoldaşı Hikmət Mirməmmədli və dənizdə boğularaq ölən oğlunun yanında torpağa tapşırılıb.

Xatırladaq ki, N.Mirməmmədli 59 yaşında bu gün səhər saatlarında qəfil ürək tutmasından vəfat edib.

Xəbər lenti
0