18:03 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
24 0 0

Yaxın 3 gündə Azərbaycan ərzində mülayim, xoş və əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.

BAKI, 2 yanvar - Sputnik. "Yaxın 3 gün ərzində ölkə ərazisində mülayim, xoş və əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib. O bildirib ki, səhər saatlarında bəzi dağlıq ərazilərdə duman düşəcəyi ehtimalı var:

"Qərb istiqamətli, 5-10 m/s sürətli külək əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə -1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10 dərəcəyə yaxın isti gözlənilir. Dağlıq rayonlarda gecə  5-7 dərəcə şaxta, gündüz isə isə 3-8 dərəcəyədək isti gözlənilir".

"Bakıda və Abşeron yarımadasında ayın 3-ü və 4-nə keçən gecə yarımadanın bəzi ərazilərində çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi 7-12, arabir 15 m/s, havanın temperaturunun səhər saatlarında 5 dərəcəyə, gündüz isə +9-10 dərəcəyə yaxın olacağı gözlənilir", - MHX rəisi bildirib. 

U.Tağıyeva qeyd edib ki, Qarabağda Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir:

"Yanvarın 3-dən 6-dək qərb küləyi 5-10 m/s, gündüz saatlarında arabir 15 m/s olacaq. Havanın temperaturu gecə -5-6 dərəcə, gündüz isə 8 dərəcəyə yaxın isti olacaq".

Teqlər:
Umayra Tağıyeva, hava proqnozu

Əsas mövzular