Azərbaycanın domen zonasında qeydiyyatdan keçən saytların sayı artıb

© Depositphotos.com / BneninПоедание пиццы за ноутбуком
Поедание пиццы за ноутбуком  - Sputnik Azərbaycan
Abunə olmaq
2020-ci il ərzində ".az" domenində qeydiyyatdan keçən saytların sayı 2019-cu ilin göstəricisi ilə müqayisədə 5,6% artıb.

BAKI, 2 yanvar - Sputnik. Azərbaycanın milli domen zonasında (".az") 35 967 internet resursu qeydə alınıb. 

"APA-Economics"in WHOIS portalına istinadən verdiyi məlumata görə, 2020-ci il ərzində ".az" domenində qeydiyyatdan keçən saytların sayı 2019-cu ilin göstəricisi ilə müqayisədə 5,6% artıb. Qeydə alınan saytların ümumi sayının 33 637-si birinci səviyyəli domen zonasına aiddir ki, bu da 2020-cu ilin əvvəlində olan göstəricini 6% üstələyir.

Ən məşhur ikinci səviyyəli domen ".com.az"dır. Bu domendə 1 329 sayt qeydiyyatdan keçib. Bu göstərici 2019-cu ilin göstəricisini cəmi 9 sayt üstələyir.

Populyarlığına görə üçüncü yerdə ".edu.az" domeni qərarlaşıb. Bu domendə 471 sayt qeydiyyatdan keçib ki, bu da ötən ilin əvvəlinə olan göstəricindən 2,6% çoxdur.

Xəbər lenti
0