16:26 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
XƏBƏRLƏR
Qısa URL
28 0 0

Patriarx Kirill: "Bir-birinə qonşu olan Azərbaycan və Ermənistan xalqlarının bərəkətli torpaqlarında möhkəm və ədalətli sülhün bərqərar olması üçün Ulu Tanrıya dualar edirəm".

BAKI, 29 dekabr — Sputnik. Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Sputnik Azərbaycan-ın məlumatına görə, presidentin saytında yayılan təbrikdə deyilir:

"Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Siz Azərbaycan Respublikası Prezidentinin vəzifələrini yerinə yetirərək, həmvətənləriniz üçün firavan və dinc həyatın qurulması naminə yorulmadan çalışır, ölkədə millətlərarası və dinlərarası harmoniyaya əhəmiyyətli töhfə verirsiniz.

Sizə möhkəm cansağlığı, Prezident kimi ali və məsul fəaliyyətinizdə Qadir Allahdan kömək və uğurlar diləyirəm.

Bir-birinə qonşu olan Azərbaycan və Ermənistan xalqlarının bərəkətli torpaqlarında möhkəm və ədalətli sülhün bərqərar olması üçün Ulu Tanrıya dualar edirəm".

Teqlər:
Ermənistan, prezident İlham Əliyev, İlham Əliyev, Patriarx Kirill

Əsas mövzular