08:16 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
XƏBƏRLƏR
Qısa URL
13 0 0

"44 günlük müharibə ilə bağlı yazılan əsərlərin yoxlanılması Milli Məclisdə yaradılan bir komissiya tərəfindən həyata keçirilə də bilər. Bunlar çox vacib məsələlərdir. Xaricdə tərcümə edilən bu əsərlər sonradan bizim əleyhimizə yönəlməməlidir".

BAKI, 29 dekabr — Sputnik. "44 günlük müharibənin nəticəsi uzun müddət davam edəcək. Təklif edirəm ki, bu səpkidə yazılan kitablar, çəkilən filmlər, ümumiyyətlə, oradakı igidlərin qəhrəmanlıqları ilə bağlı ortaya çıxarılan əsərlər də vergidən azad edilsin".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, keçmişdə ümumilli lider, Prezident haqqında yazılan hansısa kitab mütləq yoxlanılırdı, dəqiqləşdirilirdi:

"Təbii ki, hər kəsin yazmaq hüququ var. Amma bu müharibə ilə bağlı yazılanlar çox ciddi şəkildə araşdırılmalıdır. Xatırlayıram, vaxtilə Xocalı ilə bağlı bizə düzgün məlumatların verilməməsi ermənilərə şərait yaratdı. Onlar bu boşluqdan istifadə etdilər. Ona görə indi 44 günlük müharibə ilə bağlı yazılan əsərlərin yoxlanılması Milli Məclisdə yaradılan bir komissiya tərəfindən həyata keçirilə də bilər. Bunlar çox vacib məsələlərdir. Xaricdə tərcümə edilən bu əsərlər sonradan bizim əleyhimizə yönəlməməlidir".

Əsas mövzular