Uşaqlara dair strategiya həyata keçiriləcək - Komitə işçi qrupu yaradıb

© Sputnik / Murad OrujovДети играющие в футбол на одной из улиц в Баку
Дети играющие в футбол на одной из улиц в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Fəaliyyət Planı üzrə bir sıra tədbirlərin icrası, ümumilikdə nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi, habelə onların icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi Dövlət Komitəsinə həvalə edilib.

BAKI, 29 dekabr — Sputnik. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası"nın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" təsdiq edilib.

Bu barədə Sputnik Azərbaycan-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Fəaliyyət Planı üzrə bir sıra tədbirlərin icrası, ümumilikdə nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi, habelə onların icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi Dövlət Komitəsinə həvalə edilib.

Fəaliyyət Planının 4-cü bəndinə əsasən, onun uğurla həyata keçirilməsi üçün əlaqələndirici dövlət orqanı olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Uşaqların müdafiəsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi üzrə İşçi Qrup"un yaradılması ilə bağlı Qərar qəbul edib. Qərara əsasən, işçi qrup prioritet istiqamətlər üzrə tədbirlərin vaxtında və səmərəli icrasına məsul olacaq. İşçi qrupun tərkibinə müvafiq dövlət orqanlarının, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin daxil edilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Fəaliyyət Planının monitorinqini və müntəzəm olaraq qiymətləndirilməsini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirəcək. Monitorinq və qiymətləndirmə aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, müvafiq prioritetlə bağlı gözlənilən nəticələrə diqqət yetiriləcək, icra müddətinə uyğunluq yoxlanılacaq.

Xəbər lenti
0