15:52 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
XƏBƏRLƏR
Qısa URL
46 0 0

Bu da texnologiyanın inkişafı ilə əlaqədardır. Belə ki, elektron tərcümə xidmətlərinin səmərəliliyi artmaqla yanaşı, dillərin öyrənilməsi də artıq çoxlarının hobbisinə çevrilir.

BAKI, 28 dekabr — Sputnik. Mütəxəssislər yaxın 10 ildə bəzi peşələrə təlabatın olmayacağını açıqlayıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Superjob" iş axtarışı xidmətinin prezidenti Aleksey Zaxarov danışıb.

Onun sözlərinə görə, söhbət mühasiblərdən, yük maşını sürücülərindən və taksi sürücülərindən gedir.

"Mühasiblərə tələbat rəqəmsallaşmanın artması və elektron sənəd dövriyyəsinə kütləvi keçid fonunda azalır. Gələcəkdə avtomobillər sürücülər olmadan idarə ediləcəyi üçün sürücülərə də ehtiyac qalmayacaq. Konveyerdən çıxacaq bütün yeni yük avtomobilləri insansız əməliyyat üçün təchiz olunma ehtimalını təmin edir və ya belə bir fürsəti çox yaxın gələcəkdə bütün istehsalçılar həyata keçirəcək", - deyə o əlavə edib.

Ekspertin fikrincə, yaxın illərdə xarici dil müəllimləri də bazarda tələb olunma riski ilə qarşılaşa bilərlər.

Bu da texnologiyanın inkişafı ilə əlaqədardır. Belə ki, elektron tərcümə xidmətlərinin səmərəliliyi artmaqla yanaşı dillərin öyrənilməsi də artıq çoxlarının hobbisinə çevrilir.

Yeri gəlmişkən, dekabrın əvvəlində ruslar 2021-ci ildə maaşdan nə gözlədiklərini açıqlayıblar. Onlayn iş axtarma xidməti "SuperJob"-un apardığı sorğuya görə, vətəndaşların yarıdan çoxu (yüzdə 59-u ) maaş artımını gözləyir, yüzdə 36-sı isə yalnız sabitlik arzulayır.

Strateji İnkişaf Mərkəzinin (KSM) proqnozlarına görə, 2021-ci ildə maaşlar 2019-cu illə müqayisədə təxminən 11 faiz aşağı düşə bilər.

Əsas mövzular