BAKI, 28 dekabr — Sputnik. Ağdam rayonunun Bənövşələr qəsəbəsində yaşayan 54 yaşlı Ehtibar Rzayev 12 oktyabr 2020-ci il tarixdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Ehtibar Rzayevi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102" Zəng Mərkəzinə və ya Ağdam Rayon Polis Şöbəsinə (0-2632-5-02-02) telefon nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.