Yerevanda vəziyyət gərginləşir, istefa tələbləri səngimir

© Sputnik / Mediabanka keçidМитинг оппозиции в Ереване
Митинг оппозиции в Ереване - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın müxalif qüvvələri Paşinyanın yerinə vahid namizəd Vazqen Manukyanın namizədliyini irəli sürüblər.

BAKI, 28 dekabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalif qüvvələr Yerevanda ölkə parlamentinin qarşısında etiraz aksiyası keçirir. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Binanın qarşısına hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub, onlar parlamentin girişini bağlayıblar.

Qeyd edək ki, aksiya iştirakçıları Qarabağla bağlı üçtərəfli bəyanatı imzaladığı üçün ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər. Müxalif qüvvələr Paşinyanın yerinə vahid namizəd Vazqen Manukyanın namizədliyini irəli sürüb.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0