Dərmanla bağlı daha bir xəbərdarlıq edildi

© AFP 2023 / GEORGE FREYТаблетки, фото из архива
Таблетки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Xidmətinin aptek şəbəkələrində keçirdiyi monitorinqlər zamanı belə halların müəyyən ediləcəyi təqdirdə qanunvericilik çərçivəsində ən ciddi məsuliyyət tədbirlərinin görüləcəyi diqqətə çatdırılıb.

 

BAKI, 28 dekabr — Sputnik. Koronavirus pandemiyası ilə əlaqədar bütün dünyada olduğu kimi, ölkəmizdə də bir sıra dərman vasitələrinə tələbatın artması nəticəsində bəzi işbazların dərman vasitələrini təsdiq edilmiş qiymətdən fərqli qiymətə satması və əsassız dövriyyədən çıxarılmaqla dərman qıtlığı yaratması halları müşahidə olunur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, xoşagəlməz halların vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə qurumun mütəmadi apardığı monitorinqlər daha da gücləndirib. Dərman vasitələrinin satışı bazarında mövcud vəziyyətin müzakirəsi məqsədilə iri dərman idxalçıları və aptek şəbəkələrinin rəhbərləri ilə Dövlət Xidmətində görüş keçirilib. Görüşdə dərman təminatında problemlər müzakirə edilib, dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətlərdən fərqli qiymətə satışının, habelə artan tələbatdan sui-istifadə edərək dərman vasitələrinin əsassız olaraq dövriyyədən çıxarılmasının qanun pozuntusu olduğu vurğulanıb. Dövlət Xidmətinin aptek şəbəkələrində keçirdiyi monitorinqlər zamanı belə halların müəyyən ediləcəyi təqdirdə qanunvericilik çərçivəsində ən ciddi məsuliyyət tədbirlərinin görüləcəyi diqqətə çatdırılıb. Eyni zamanda sahibkarlara dərman vasitələrinə olan tələbatın tam ödənilməsi üçün zəruri dərman vasitələrinin idxalının artılılması tövsiyə edilib. Dərman idxalçılarının səsləndirdiyi təkliflər dinlənilib, ümumilikdə dərman bazarı sahəsində mövcud vəziyyət müzakirə olunub, onlara qanunvericiliyin tələbləri izah edilib.

Xəbər lenti
0