CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirus xəstəsi karantin postunda saxlanıldı

© Sputnik / Rahim MuradovRayonlararası postlar
Rayonlararası postlar - Sputnik Azərbaycan
Abunə olmaq
Xəstə Biləsuvar şəhərinin giriş hissələrində qurulmuş stasionar postlardan birində müvafiq yoxlama zamanı aşkarlanaraq tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

BAKI, 28 dekabr — Sputnik. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı karantin postundan şəhər ərazisinə daxil olmaq istəyən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.

Sputnik Azərbaycan DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, 0Biləsuvar rayonunun İsmətli kənd sakini Ə.Həbiyevə COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona yaşayış yerini tərk etməməsi tapşırılıb

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o Biləsuvar şəhərinin giriş hissələrində qurulmuş stasionar postlardan birində müvafiq yoxlama zamanı aşkarlanaraq tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Xəbər lenti
0