Eksternat imtahanları üçün 500-dən çox müraciət daxil olub

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan
Abunə olmaq
Eksternat qaydasında aralıq imtahanları "Microsoft Teams" platforması vasitəsilə onlayn formada keçirilir.

BAKI, 25 dekabr — Sputnik. Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün Bakı şəhəri üzrə eksternat qaydasında aralıq imtahanları keçirilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə və insanların yaşayış yerini tərk etmələrinə məhdudiyyətlərin tətbiq edilməsini nəzərə alaraq, imtahanların şifahi müsahibə şəklində həyata keçirilməsi məqsədəmüvafiq hesab edilib.

Bu baxımdan eksternat qaydasında aralıq imtahanları "Microsoft Teams" platforması vasitəsilə onlayn formada (şifahi) keçirilir. Eksternat imtahanları üçün 500-dən çox müraciət daxil olub.

Xəbər lenti
0