CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"İnsanların üzünə baxa bilmirəm" - Deputat

© Photo : REPORTTahir Kərimli, Vəhdət Partiyasının sədri, millət vəkili
Tahir Kərimli, Vəhdət Partiyasının sədri, millət vəkili - Sputnik Azərbaycan
Abunə olmaq
"Mən bəzi yerlərə gedəndə insanların üzünə baxa bilmirəm. Biz şəhid ailələri və qazilər üçün işıq, qaz, suyun ödənişsiz olması ilə bağlı qərar qəbul etməliyik. Bu, onların haqqıdır", - Tahir Kərimli.

BAKI, 25 dekabr — Sputnik. "Zəhmət çəkin, insanların problemlərini həll edin. Qaz, su, işığı havayı, ya da qəpik-quruşa edin".

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında millət vəkili Tahir Kərimli deyib.

"Mən bəzi yerlərə gedəndə insanların üzünə baxa bilmirəm. Biz şəhid ailələri və qazilər üçün işıq, qaz, suyun ödənişsiz olması ilə bağlı qərar qəbul etməliyik. Bu, onların haqqıdır", - deyə deputat bildirib.

Qeyd edək ki, Milli Məclisin plenar iclası keçirilir. İclasda "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsi davam edir.

İclasda maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov və digər hökumət nümayəndələri iştirak edirlər. Deputatlar qanun layihəsi ilə bağlı çıxış edirlər. 

Xəbər lenti
0