Özünü prokurorluq əməkdaşı kimi təqdim edən "dələduz" həbs edilib

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidБизнесмен, фото из архива
Бизнесмен, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda törədilmiş cinayətin təfərrüatlarının, eləcə də hər hansı digər şəxslərin cinayətdə iştirakının müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv istintaq aparılır.

BAKI, 25 dekabr — Sputnik. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş Qəhrəmanov Pərvin İftixar oğlunun qanunsuz hərəkətləri barədə müraciət əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, aparılmış ilkin istintaqla Qəhrəmanov Pərvin İftixar oğlunun özgənin əmlakını ələ keçirmək məqsədilə özünü Azərbaycan Respublikasının Baş Prokurorluğunun yüksək vəzifəli əməkdaşı kimi təqdim edib vətəndaşa Dövlət Neft Şirkətində mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib sonuncuya məxsus 5 min manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Pərvin Qəhrəmanov prokurorluq orqanı əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Pərvin Qəhrəmanov Cinayət Məcəlləsinin 178.1 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda törədilmiş cinayətin təfərrüatlarının, eləcə də hər hansı digər şəxslərin cinayətdə iştirakının müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla fiziki şəxsin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər davam etdirilir.

Xəbər lenti
0