Prezident təsdiqlədi - Saqiyan kəndinin adı rəsmən dəyişdirildi

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев во время обращении к нации
Президент Ильхам Алиев во время обращении к нации - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında" Azərbaycan Respublikasının qanununu təsdiqləyib.

BAKI, 25 dekabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında" Azərbaycan Respublikasının qanununu təsdiqləyib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla da Şamaxı rayonunun Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindəki Saqiyan kəndi Günəşli kəndi adlandırılıb.

Həmçinin Saqiyan kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi hesab edilib.

Prezidentin imzaladığı digər fərmanla "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.3.25.7-ci yarımbəndində “Saqiyan” sözü “Günəşli” sözü ilə əvəz edilib.

Xəbər lenti
0