17:50 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
10110

"Ambulator və stasionar xidmətinin ayrı-ayrı olması, bu işə nəzarətin itməsinin nəticəsidir ki, vəziyyət belə olub. Xəstə zəng edir, amma təcili yardım gəlmir, test verir, bir həftə nəticə gözləyir, çıxmır. Axı bu şəxslər müalicə olunmalıdırlar", - Adil Qeybulla.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 25 dekabr — Sputnik. On aydan artıqdır ki, Azərbaycanda koronavirusla bağlı pandemiyası şəraiti davam edir. Yay ayları ilə müqayisədə payızın gəlməsindən sonra bu xəstəliyə yoluxma və ölümlə bağlı rəqəmlərdə kifayət qədər artım nəzərə çarpır. Bir çox ekspertlər rəqəmlərdəki artımı tibb-səhiyyə sisteminin problemi kimi qiymətləndirir.

Tibb üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, payız-qış aylarında vitaminə böyük ehtiyac yaranır. Bütün vitamin kompleksi korreksiya olunmalı və normada saxlanılmalıdır.

"Vitamin C-nin qanı qatılaşdırması ilə bağlı deyilənlər doğru deyil. Bu, turşudur, qanı qatılaşdırmır, əksinə durulaşdırır. Nikotin turşusuna da nəzər yetirilməlidir, o, damargenişləndiricidir. Bədəndə immun sistemini möhkəmləndirən müxtəlif vitaminlər olmalıdır. Lazım gəldikdə bəlğəmgətiricilərdən də istifadə etmək lazımdır. Ümumiyyətlə, müzakirə edəcək çox məsələlər var. Sadəcə, ən önəmlisi vahid protokolların olmasıdır. Eyni zamanda da müalicənin prioritetləri olmalıdır", - deyə həkim bildirib. 

O qeyd edib ki, müalicə prosesi konkret nəzarətdə olmalıdır: "Əgər ambulator xəstələrə heç kəs yaxın durmursa, əksəriyyəti də tibb bacıları tərəfindən müalicə edilirsə, necə olmalıdır?! Bu gün əksər xəstələri tibb bacıları müalicə edirlər. Belə olan halda xəstələr ağırlaşır. Bu iş nəzarətdən çıxır, amma bundan danışan yoxdur. Bundan başqa, antibiotiklər də lazımsız olaraq sağa-sola istifadə edilir. Hər antibiotikin virusa təsiri var? Müalicə ilə bağlı görülən işlərə çoxsaylı iradlar bildirmək olar", - deyə ekspert əlavə edib.

A.Qeybulla bildirir ki, yol verilən yanlışlıqlar vahid strategiyanın olmamasından qaynaqlanır:

"Ambulator və stasionar xidmətinin ayrı-ayrı olması, bu işə nəzarətin itməsinin nəticəsidir ki, vəziyyət belə olub. Xəstə zəng edir, amma təcili yardım gəlmir, test verir, bir həftə nəticə gözləyir, çıxmır. Axı bu şəxslər müalicə olunmalıdırlar. Bundan başqa, digər problem də budur ki, həkimlərə əli çatmayan şəxslərin əksəriyyəti bu gün apteklərdə təyin olunan müalicələrlə müalicə alırlar".

Həkim problemdən çıxış yolunu izah edərkən deyib: 

"Poliklinikada bir yer düzəltmək, bu həkimlərin maaşını dörd qat artıq vermək, hərəsinə bir neçə tibb bacısı vermək, bütün elektron sistemi quraşdırmaq, xəstələrlə telefon bağlantısı qurmaqla onu nəzarətdə saxlamaq olar".

Teqlər:
Adil Qeybulla, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular