13:36 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
46 0 0

Novak: Hasilatımızı bərpa etmək üçün bir barel üçün 45-55 dollar diapazonu optimaldır. Əks halda, biz hasilatı bərpa etməyəcəyik.

BAKI, 25 dekabr — Sputnik. Rusiya bir barel neft üçün 45-55 dollar diapazonunu öz hasilatını bərpa etmək üçün optimal hesab edir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.

"Hasilatımızı bərpa etmək üçün bir barel üçün 45-55 dollar diapazonu optimaldır. Əks halda, biz hasilatı bərpa etməyəcəyik. Digərləri bərpa edəcək, biz isə hazırkı səviyyədə qalacağıq", - deyə Novak qeyd edib.

Qeyd edək ki, aprel ayında OPEC+ qrupu ölkələri may ayının əvvəlindən iyulun sonuna qədər gündəlik neft hasilatını 9,7 milyon barelə, avqustdan ilin sonuna qədər isə 7,7 milyon barelə endirmək barədə qərar qəbul etmişdi.

Əsas mövzular