14:45 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
XƏBƏRLƏR
Qısa URL
11110

"Antibiotiklərdən yalnız yanaşı infeksion xəstəliklər olduqda istifadə edilməlidir, çünki onların tətbiqi virusa qarşı səmərəsizdir" - Həkim

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 dekabr — Sputnik. Bu ilin martından Azərbaycanda başlanan pandemik vəziyyət hələ də davam etməkdədir.

Sputnik Azərbaycan olaraq Mərkəzi Gömrük Hospitalının Reanimasiya və Anesteziologiya şöbəsinin rəisi, reanimatoloq Tural Sadıqovla söhbətləşdik. T.Sadıqov deyir ki, istehsalçı şirkətlərin verdiyi məlumata görə, peyvəndlərin qoruyuculuğu 95 faizə qədərdir: "Bunun nə dərəcədə dəqiq olduğunu yalnız peyvəndlərin tətbiqindən sonra söyləmək olar. Yalnız bundan sonra onların 3 və ya 6 ay, yoxsa hansı müddətə xəstəlikdən qoruduğu  aşkar ediləcək".

T.Sadıqovun sözlərinə görə, hazırda infeksiyaya yoluxan xəstələrin sayının çoxluğu, reanimasiya və stasionarlarda xəstəliyi ağır keçirənlərin artmasının səbəbi qeyri-düzgün və həkim təyinatı olmadan aparılan müalicələrdir: "Antibiotiklərdən yalnız yanaşı infeksion xəstəliklər olduqda istifadə edilməlidir, çünki onların tətbiqi virusa qarşı səmərəsizdir. Steroid preparatlardan istifadə isə xəstəliyin ağırlaşmasına, immun sisteminin zəifləməsinə və xəstəliyin daha ağır keçməsinə aparıb çıxara bilər. Həmin preparatlar yalnız həkim göstərişi ilə təyin ediləndə səmərə verir.  Preparatın vaxtından qabaq və ehtiyac olmadan tətbiqi COVID-dən xilas etmir. Hər bir dərmanın müsbət təsiri olduğu kimi, yan təsirləri də var, yəni bir orqana müsbət təsir edəndə digərinə zərərli təsir göstərir. COVID-in ağırlaşmaları ölümə aparıb çıxarır. Ağırlaşmalara səbəb qanda laxtalanmanın artması və tromboz yaranmasıdır. Laxtalanmanın artması isə ürək-damar xəstəliklərinin ən əsas səbəblərindən biridir".

Bir ilə yaxındır ki, COVID-li xəstələrin müalicəsi ilə məşğul olan həkim-terapevt deyib: "Təcrübə göstərir ki, COVID-ə yoluxma yanaşı xəstəliklərin baş qaldırmasına səbəb olur. Ürək-damar xəstələrinin vəziyyətinin daha da ağırlaşması, diabet xəstələrində qanda şəkərin səviyyəsinin yüksəlməsi və tənzimlənmənin çətinləşməsi, işemiyanın və infarkt keçirmək riskinin artması müşahidə olunur. COVID-19 zamanı qəbul edilən bəzi preparatlar qaraciyər fermentlərinin yüksəlməsinə səbəb olur və böyrəklərə zərərli təsir göstərir".

Əsas mövzular