Müxalifət Yerevanın Respublika meydanında çadır qurub - orada gecələyəcəklər

© REUTERS / ARTEM MIKRYUKOVПротесты в Ереване
Протесты в Ереване - Sputnik Azərbaycan
Abunə olmaq
"Daşnaktsütyun" partiyasının idarə heyətinin təmsilçisi İşxan Saqatelyan müxalifətin mitinqi zamanı hava soyuq olsa da, qərarlarını dəyişməyəcəklərini deyib. 

BAKI, 22 dekabr - Sputnik. Ermənistanın müxalifət nümayəndələri paytaxt Yerevanın Respublika meydanında gecələmək üçün çadırlar qurur.

Sputnik Ermənistan xəbər verir ki, "Daşnaktsütyun" partiyasının idarə heyətinin təmsilçisi İşxan Saqatelyan müxalifətin mitinqi zamanı hava soyuq olsa da, qərarlarını dəyişməyəcəklərini deyib. 

"Geriyə dönüş yoxdur. "Mənim addımım" fraksiyasına vaxt vermişdik ki, nümayəndə heyəti formalaşdırsınlar və "Vətənin Qurtuluş Hərəkatı"nın rəhbərliyi ilə ölkədəki mövcud vəziyyəti müzakirə etsinlər", - deyə o bildirib. 

Qeyd edək ki, Azərbaycanla müharibəni uduzduqdan sonra Ermənistanda hakimiyyət əleyhinə kütləvi aksiyalar ara vermir. Müxalifət baş nazir Nikol Paşinyan və onun komandasını Ermənistanı və qondarma "DQR"i satmaqda günahlandırır, onları istefaya çağırırlar. 

Xəbər lenti
0