Azərbaycan narının sədası Misirdən gəldi

© Sputnik / Ilham AhmadovNar festivalından möhtəşəm görüntülər
Nar festivalından möhtəşəm görüntülər  - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının təqdim etdiyi "Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti" adlı nominasiya sənədi UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərar qəbul olunub.

BAKI, 22 dekabr — Sputnik. Misirin "Asiaelyoum" informasiya agentliyində Azərbaycanın Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında material yayılıb.

Sputnik Azərbaycan xəbər verir ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin dekabrın 16-da keçirilən 15-ci iclasında Azərbaycan Respublikasının təqdim etdiyi "Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti" adlı nominasiya sənədi UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərar qəbul olunub.

Vurğulanıb ki, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyi, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olub.

Qeyd olunub ki, nar mədəniyyəti və ənənələri Azərbaycan xalqının mədəni həyatında, mifologiyasında, qədim adət-ənənələrində, mətbəxində, kənd təsərrüfatında xüsusi yer tutur.

Xəbər lenti
0