Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zakir Həsənov Sergey Şoyquya başsağlığı verib

© Sputnik / Murad OrujovГлавы Минобороны Азербайджана и России Закир Гасанов и Сергей Шойгу на Аллее шехидов в Баку
Главы Минобороны Азербайджана и России Закир Гасанов и Сергей Шойгу на Аллее шехидов в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə naziri: Şuşa şəhərinin yaxınlığındakı yol sahəsini minalardan təmizləyərkən Rusiya Federasiyası Silahlı Qüvvələrinin zabitinin həlak olması xəbəri məni dərindən kədərləndirdi.

BAKI, 19 dekabr - Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyinin yaydığı başsağlığında deyilir:

"Şuşa şəhərinin yaxınlığındakı yol sahəsini minalardan təmizləyərkən Rusiya Federasiyası Silahlı Qüvvələrinin zabitinin həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adımdan həlak olan zabitin ailəsinə, əzizlərinə və yaxınlarına başsağlığı verirəm.

Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik".

Xəbər lenti
0