04:23 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
4610

"Time" jurnalı 2020-ci il üzrə ilin ən təsirli 100 fotosunu açıqlayıb: Azərbaycanda çəkilmiş şəhid qardaşının əlini öpən bacının şəkili ilin fotoları sırasında yer alıb.

BAKI, 19 dekabr — Sputnik. ABŞ-ın "Time" jurnalı 2020-ci il üzrə ilin ən təsirli 100 fotosunu açıqlayıb. Sputnik Azərbaycan "Time" nəşrinin saytına istinadla xəbər verir ki, ilin ən yaxşı fotoları sırasında Azərbaycanda çəkilmiş bir foto da yer alıb.

Bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə rayonunda dinc sakinlərə atdığı kasetli bomba nəticəsində həlak olan Fuad İsmayılovun nəşinin və onun bacısının fotosudur. Şəkildə şəhidin bacısı qardaşının əlini öpür.

Sözügedən fotonun müəllifi isə "New-York Times"ın fotoqrafı Ayvor Prikettindir (Ivor Prickett).

Xatırladaq ki, Ermənistan Azərbaycanın Bərdə rayonunda mülki şəxslərin sıx məskunlaşdığı və hərəkətdə olduğu əraziləri 2020-ci il oktyabrın 27 və 28-i tarixlərində qadağan olunmuş silahlardan istifadə etməklə raket atəşinə tutması nəticəsində ümumilikdə 25 mülki şəxs həyatını itirib, 80-dən artıq şəxs yaralanıb.

Əsas mövzular